Biz Ukraynanın Avropa Birliyinə üzv olmasına qarşı deyilik. Bu hərbi blok deyil.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda müzakirələr zamanı deyib.
Putin Ukraynada gedən hərbi əməliyyatları faciə adlandırıb amma Rusiyaya başqa seçim yolu qoyulmadığını əlavə edib.
O həmçinin, Rusiyanın heç kəsi nüvə silahı ilə təhdid etmədiyini lakin ölkənin suverenliyini qorumaq üçün nüvə silahı tətbiq edə biləcəklərini deyib.