Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun Azərbaycana işgüzar səfəri bu gün başa çatıb.
"Unikal" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident Nikolas Maduronu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.