Rusiyanın İrkutsk vilayətində Baykal gölünün sularında zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə Baş İdarəsi bildirib.
Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 06:22-də Baykal gölünün sularında, Bolşoe Qoloustnoye yaşayış məntəqəsindən 47 km məsafədə baş verib.
Episentrdə intensivlik 5,2 bal təşkil edib. İrkutsk şəhərində təkanlar 2-3 bal gücündə hiss olunub, dağıntılar yoxdur.