İranda qırıcı təyyarə qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, İran Silahlı Qüvvələrinin F-14 tipli təyyarəsi bu gün səhər İsfahan şəhərində qəzaya uğrayıb.

Qəzaya təyyarədə yaranmış texniki nasazlığın səbəb olduğu bildirilir.

Təyyarənin pilotu və onun köməkçisi yaralanıblar.

Onlar xəstəxanaya çatdırılıb.