Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında davam etdirdiyi "Pəncə Kilid" antiterror əməliyyatında 9 PKK terrorçusu zərərsizləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunur ki, PKK mənsublarının mövqeləri müəyyən edilərək zərbə endirilib.

Nazirlik "Pəncə Kilid" antiterror əməliyyatının davam etdirildiyini bildirib.