Əfqanıstanın paytaxtı Kabildə hindu məbədinə bombalı və silahlı hücum nəticəsində iki nəfər həlak olub.
"Unikal" xəbər verir ki Taliban administrasiyasının Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Nafi Takur mətbuata verdiyi açıqlamada səhər saatlarında Kabilin Karte-i Pervan bölgəsində hindu məbədinə bomba və silahlı hücumun həyata keçirildiyini bildirib.
Hücum edənlərin əməliyyat nəticəsində zərərsizləşdirildiyini bildirən Takur hücumda bir Taliban üzvünün həyatını itirdiyini bildirib.
Hücum nəticəsində 7 nəfərin yaralandığını qeyd edən Takur, hücum nəticəsində məbədin bir hissəsinin yandığı barədə məlumat paylaşıb.
Hücumun şiddəti məbədin ətrafındakı evlərə də ziyan vurub.