ABŞ-ın keçmiş prezidenti Bill Klinton 51-ci ərazidə yadplanetlilərin gizləndiyini öyrənmək üçün federal agentlər göndərdiyini etiraf edib.
"Unikal" xəbər verir ki, bu barədə o, Amerikanın CBS telekanalında qatıldığı tok-şouda danışıb.
Klinton bildirib ki, prezidentliyi dövründə yadplanetlilərlə bağlı həqiqətləri üzə çıxarmaq üçün hər cür cəhd ediblər və sözügedən bölgəyə agentlər göndəriblər.
Klinton Nyu-Meksiko ştatının Rosvell şəhərində baş verən UFO qəzasına toxunaraq, “Biz yadplanetlilərin olmadığından əmin olmaq üçün insanları 51-ci əraziyə göndərdik” , - deyib.
"Dedim ki, bununla necə məşğul olacağımızı anlamağa çalışmalıyıq, çünki biz görünməzlik araşdırmalarımızın çoxunu texnologiya baxımından burada edirik. Məsələn, radar tərəfindən aşkar edilməyən təyyarələri necə uçururuq. Buna görə də onlar çox müəmmalıdırlar",- deyə Klinton bildirib.
"Ancaq bildiyimə görə, yadplanetlilər yoxdur", - ABŞ-ın keçmiş prezidenti əlavə edib.
Gülayə Mecid