Ukrayna prezidenti Volodimir Zelenski Nikolayev vilayətinə səfər edib.
"Unikal" xəbər verir ki, o, səfərin videosunu "Telegram" kanalında paylaşıb.
“Bizim Nikolayev vilayətimiz. Regionun mühüm məsələlərinə dair görüş. İqtisadiyyatın vəziyyəti, su təchizatının bərpası, kənd təsərrüfatının vəziyyəti müzakirə olunub. Qurudan və dənizdən gələn təhlükələrə xüsusi diqqət yetirilib. Biz qələbə naminə işi dayandırmırıq”, - deyə Zelenski yazıb.
Gülayə Mecid