ABŞ-ın Filadelfiya ştatında baş verən binanın çökməsi nəticəsində 1 yanğınsöndürən ölüb, 4 yanğınsöndürən yaralanıb.

"Unikal" xəbər verir ki, Filadelfiya yanğınsöndürmə rəisinin müavini Kreyq Mörfi yanğının günortadan sonra baş verdiyini və söndürülən binanın daha sonra çökdüyünü bildirib. 

“Biz bunu proqnozlaşdıra bilməzdik. Yaşadığımız bu hadisə bizim departamentimizə həqiqətən də ziyan vuran fəlakətli qəza idi" , - deyə o,  bildirib.