Argentinada 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.
Bildirilir ki, yeraltı təkanların episentri təxminən 1 milyon nəfər əhalisi olan Mendoza şəhərindən 92 km cənubda yerləşib.
Sunami təhlükəsi, dağıntı və tələfat barədə məlumat verilməyib.