Türkiyənin Malatya şəhərində kafelərdən birində iki qrup arasında silahlı qarşıdurma baş verib.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki. silahlı qarşıdurma zamanı 2 nəfər həyatını itirib, 6 nəfər yaralanıb. Hadisə ilə bağlı 4 nəfər saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.