Hindistanın şimal-şərqindəki Assam və Meqalaya ştatlarında baş verən daşqınlarda ölənlərin sayı 32-yə çatıb.
"Unikal" xəbər verir ki, Çin Qlobal Televiziya Şəbəkəsinin (CGTN) xəbərinə görə, Hindistanın Assam Əyalət Fəlakət İdarəetmə İdarəsi (ASDMA) əyalətin 28 rayonunda davam edən daşqınlar nəticəsində 13 nəfərin həyatını itirdiyini, 1,8 milyondan çox insanın isə təbii fəlakətlərdən zərər çəkdiyini bildirib.
Meghalaya Əyalət Fəlakət İdarəetmə Təşkilatı (SDMAM) səlahiyyətliləri də 2 gündə əyalətdə 19 nəfərin öldüyünü açıqlayıb.