Kürdəmirdə baş verən ağır yol qəzasında ölənlər var.

"Unikal"-ın məlumatına görə, minik avtomobilinin sürücüsü ilə sərnişin - Xatəm Baydaşov və Fərid Nəsibov hadisə yerində dünyalarını dəyişiblər.

Daha 3 nəfər isə xəsarət alıb.

xxx

11:00

Kürdəmir rayonunda  xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"-ın məlumatına görə, qəza Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki,  "Toyota" markalı minik avtomobili idarəetməni itirərək yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və iki sərnişin ağır xəsarət alıblar.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov