Ukraynalı müdafiəçilər Melitopola yaxınlaşır, şəhərin düşməndən azad edilməsinə ümid var.
"Unikal" xəbər verir ki, bu barədə şəhər meri İvan Fedorov videomüraciətində məlumat verib.
Fedorovun sözlərinə görə, Zaporojye istiqamətində cəbhə xətti 10 kilometr irəliləyib.
"İşğal olunmuş ərazilərdə olan sakinlərimizə dəstək olmaq və onlara inamı bərpa etmək üçün bir neçə faktı qeyd etmək istərdim. Bu gün bizim qəhrəman Ukrayna silahlı qüvvələrimiz xeyli irəliləyiş əldə edib və artıq Xerson sərhədlərindədir. Silahlı Qüvvələrimiz Zaporojyedən Melitopol istiqamətində 10 kilometrdən çox irəliləyib" deyib.
Ramil Zeynallı