Amerikalı müğənni Cennifer Lopez 14 yaşlı qızı Emmi ilə eyni səhnəni paylaşıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, sənətçiylə qızı "Los Angeles Dodgers" dərnəyinin "Diamond Gala" adlı konsertində yardıma möhtac tələbələrin təhsilinə dəstək olmaq üçün çıxış ediblər.
Konsertdə 36 milyon dollar (təxminən 61 milyon 200 min manat) ianə toplanıb.
Qeyd edək ki, Cennifer ötən il də "Super Bowl" da Emmayla çıxış etmişdi.