Avropa İttifaqının xarici işlər nazirləri sabahkı görüşdə Ukrayna müharibəsinin ərzaq və enerji təhlükəsizliyinə təsirlərini müzakirə edəcəklər.
"Unikal" xəbər verir ki, Nazirlər Brüsseldə iyunun 23-24-də keçiriləcək Avropa İttifaqı (Aİ) Liderlər Zirvəsindən əvvəl bir araya gələcək.
Böhrandan təsirlənəcək milyonlarla ton buğdanın ixracı üçün Belarus da daxil olmaqla müxtəlif variantların qiymətləndirildiyini bildirən mənbə ən ideal variantın Qara dəniz olduğunu bildirib.
Aİ rəsmisi toplantıda Körfəz ölkələri ilə enerji təhlükəsizliyi baxımından mövcud müsbət münasibətlərin müzakirə ediləcəyini söyləyib.