Prezident Rəcəb Tayyib Ərdoğan İsrail Prezidenti İsaak Hersoqla telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən məlumata görə, görüşdə Türkiyə-İsrail əlaqələri və regional məsələlər müzakirə edilib.
Görüş zamanı prezident Ərdoğan və İsrail prezidenti Hersoq iki ölkə və region arasında əlaqələr, o cümlədən terrorla mübarizə və təhlükəsizlik mövzusunda dialoqun davam etdirilməsi, sülh və sabitlik üçün əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər. İsrail prezidenti Hersoq Türkiyənin terrorla mübarizə səylərinə görə prezident Ərdoğana təşəkkür edib.