1991-1992-ci illərdə Rusiyanın dövlət katibi və baş nazirinin birinci müavini Gennadi Burbulis 77 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə mətbuata Yeltsin Mərkəzinin icraçı direktorunun birinci müavini Lyudmila Telen bildirib. 

Onun sözlərinə görə, Burbulis Bakıda vəfat edib.

Gennadi Burbulis 4 avqust 1945-ci ildə anadan olub, 1991-1992-ci illərdə Rusiya hökumətində sədrin birinci müavini vəzifəsində çalışıb, Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin ən yaxın adamı olub. O, 1991-ci il dekabrın 8-də SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovejskaya müqaviləsinin hazırlanmasında iştirak edənlərdən biri olub.

Gültəkin Ələsgər