Avropa İttifaqı (Aİ) Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasını və əməkdaşlığın əsasının qoyulmasını güclü şəkildə dəstəkləyir.
"Unikal" xəbər verir ki, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar “Twitter“ hesabındakı paylaşımında belə qeyd edib. O, Prezident İlham Əliyevin Qlobal Bakı Forumundakı bəyanatını oxumaqdan məmnun olduğunu vurğulayıb.