İsrailin xarici işlər naziri Yair Lapid iyunun 23-də Türkiyəyə səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlik bildirir ki, israilli diplomat iyunun 23-də Türkiyəyə gələcək. Səfər zamanı regional məsələlər və qarşılıqlı əlaqələr müzakirə ediləcək.