Britaniya silahlı qüvvələrinin yeni rəhbəri Rusiyanı məğlub etməyə qadir ordu yaratmaq istəyir.
"Unikal" xəbər verir ki, Britaniyanın qarşısında Rusiyanı döyüş meydanında məğlub etməyə qadir ordu yaratmaq vəzifəsi durur. “The İndependent” yazır ki, bunu yeni Baş Qərargah rəisi general Patrik Sanders deyib.
"Müttəfiqlərimizlə döyüşə və döyüşdə Rusiyanı məğlub etməyə qadir ordu yaratmaq indi çox vacibdir", - Sanders general Mark Carlton Smith-i Britaniyanın Baş Qərargah rəisi kimi əvəz etdikdən sonra yazıb.
Sandersin fikrincə, Rusiyanın Ukraynaya hücumu Britaniya ordusunun əsas məqsədini - “Britaniyanı müdafiə etmək, döyüşməyə hazır olmaq və quruda müharibələrdə qalib gəlmək” olduğunu vurğulayır.
“Biz ordunu Avropada yenidən müharibəyə hazırlamalı olan kəslərik”-deyə o, əlavə edib.
Sanders xatırladıb ki, o, 1941-ci ildən bəri Avropadakı qitə müharibəsi fonunda orduya komandanlıq edən ilk baş qərargah rəisi olub.
Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Boris Conson dünyanı Rusiya və Ukrayna arasında genişmiqyaslı müharibəyə hazır olmağa çağırıb.