Bu gün qeyri-çimərlik ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib. 

Bu barədə "Unikal"-a Fövqalədə Hallar Nazirliyindən məlumat verilib. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Zaqulba" sularda xilasetmə məntəqəsinin ərazisində, qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.