Kolumbiyada prezident seçkiləri keçirilib.
"Unikal" "Reuters"ə istinadən xəbər verir ki, seçkilərdə solçu, keçmiş partizan Qustavo Petro qalib gəlib.
Petro tikinti maqnatı Rodolfo Hernandesi 720 min səslə məğlub edib. O, Hernandezin 47,3%-nə qarşı 50,5% səs alıb.
Peter Kolumbiyanın ilk solçu lideri olacaq. Boqotanın keçmiş meri və indi senator olan o, öz seçicilərinə pulsuz universitet təhsili, pensiya islahatları və məhsuldar olmayan torpaqlara yüksək vergilər vasitəsilə bərabərsizliklə mübarizə aparacaqlarını vəd edib.
Gülayə Mecid