Xırdalan şəhərində uşaq avtomobilin altında qalıb.

"Unikal" xəbər verir ki, hadisə AAAF Park yaşayış kompleksinin həyətində baş verib.

Orada yaşayan şəxs avtomobili ilə geriyə hərəkət edərkən həyətdə oynayan 2018-ci il təvəllüdlü Hüseyn Ağayevin üzərindən keçib. Kəllə nahiyəsindən xəsarət alan uşaq hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində avtotexniki ekspertiza təyin edilib.(apa)