Rusiyanın "Bastion" sahil raket kompleksi Ukraynanın Odessa vilayətindəki aerodromu vurub. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib.

Onun sözlərinə görə, yüksək dəqiqlikli "Onyx" raketi "Bayraktar TB2" pilotsuz uçuş aparatı idarəetmə stansiyasını, həmçinin bu kompleksin iki qurğusunu məhv edib.

Ağarza Elçinoğlu