Aİ Şurası Rusiyanın Krım və Sevastopolun ilhaqına cavab olaraq Aİ-nin tətbiq etdiyi sanksiyaların 23 iyun 2023-cü ilə qədər uzadılmasına qərar verib.
"Unikal" xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Hazırkı sanksiyalar ilk dəfə 2014-cü ilin iyununda tətbiq edilib.
Bunlara qeyri-qanuni ilhaq edilmiş Krım və ya Sevastopoldan Aİ-yə idxalın qadağan edilməsi, habelə qeyri-qanuni ilhaq edilmiş Krım və ya Sevastopoldan infrastruktur və ya maliyyə investisiyaları və turizm xidmətlərinin qadağan edilməsi daxildir.
Krımda nəqliyyat, telekommunikasiya və enerji sektorlarında istifadə etmək, yaxud neft, qaz və mineral ehtiyatların kəşfiyyatı və hasilatı üçün müəyyən mal və texnologiyaların Krım şirkətlərinə ixracı da Aİ-nin məhdudiyyətlərinə tabedir.
Bundan əvvəl Rusiya Krıma quru dəhlizi açdığını bildirib. Melitopoldakı raşistlər Krıma yemək aparır və uşaq bağçalarını qarət edirlər.