Rusiyada terror aktının qarşısı alınıb.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Xidməti Zabaykal diyarında Suriyadakı “Həyat Təhrir əş-Şam” qruplaşmasının tərəfdarını saxlayıb.
Çita şəhərində saxlanılan şəxsin hüquq-mühafizə orqanlarına qarşı terror planlaşdırdığı bildirilib.
Onun yaşadığı yerdən 400 qram trotil ekvivalentində 2 partlayıcı element, 3 qumbara, AK-103 avtomatı, patron və digər döyüş sursatları götürülüb.
Faktla bağlı cinayət işi açılıb.