Mariupol limanı uğrunda döyüş zamanı itkiləri lentə alan ukraynalı tibb işçisi üç ay Rusiya əsirliyindən azad edilib.
"Unikal" xəbər verir ki, Prezident Volodimir Zelenski Tayra ləqəbi ilə tanınan Yuliya Payevskanın azadlığa buraxıldığını elan edib.
Zelelnski feldşerin onun azad edildiyini və artıq evdə olduğunu söyləyib.
Rusiya mediası onu ifrat millətçi kimi qələmə verməyə çalışsa da bu məlumatı onun ailə və dostlar rədd edib.
Aynurə Xudaverdiyeva