Bütün Aİ ölkələri Ukraynaya namizəd statusunun verilməsini dəstəkləyib.
"Unikal" xəbər verir ki, bu barədə baş nazirin Avropaya inteqrasiya üzrə müavini Olqa Stefanişina telemarafonun efirində bildirib.
"Avropa İttifaqının bütün üzvləri ötən cümə günü Avropa Komissiyasının qərarından sonra Ukraynaya namizəd statusunun verilməsinin tərəfdarı olduqlarını təsdiqlədilər. Ölkələr hətta iyunun 24-də keçiriləcək görüşü gözləmədən öz dəstəklərini bildirdilər", - Stefanışin bildirib.
O əlavə edib ki, yekun qərarın formatı ilə bağlı müzakirələr bu həftə davam edir, hər bir ölkənin əlavə şərtlər irəli sürmək imkanı var, lakin Ukraynaya namizəd statusunun verilməsində liderlər arasında tam konsensus var.
Gültəkin Ələsgər