Ukraynada daha bir amerikalı həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə “Recorder" məlumat yayıb.

Bildirilir ki, Severodonetsk şəhəri uğrunda gedən döyüşlərdə 52 yaşlı amerikalı könüllü Stiven Zabelski ölüb. Nəşrin məlumatına görə, 2018-ci ilə qədər Zabelski Nyu-Yorkda yaşayıb, sonra Floridaya köçüb. O, 30 ildən artıq tikintidə çalışıb. 

ABŞ ordusunun veteranı olan Zabelski minanın partlaması nəticəsində dünyasını dəyişdiyi bildirilib.  

Gülayə Mecid