Polşa baş nazirinin müavini, hakim Hüquq və Ədalət Partiyasının rəhbəri Yaroslav Kaçinski istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə "Wiadomosci" məlumat yayıb.
Kaçinski həmçinin Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsindən də istefa verib.
“Mən artıq hökumətdə deyiləm. İşdən azad olunmaq üçün müraciət etmişəm və müraciətim qəbul olunub. Bildiyimə görə, prezident də imzalayıb”, - deyə o bildirib.
Onun sözlərinə görə, Mariuş Blaşçak baş nazirin müavini vəzifəsini icra edəcək. Onun istefa verməsinin səbəbləri hazırda məlum deyil.
Yaroslav Kaçinski Polşa siyasətçisi, Hüquq və Ədalət Partiyasının həmtəsisçisi və sədridir. O, 2006-cı il iyulun 14-dən 2007-ci il noyabrın 16-dək Polşanın baş naziri olub.O, Polşanın ən nüfuzlu siyasətçisi hesab olunur. 2015-ci il parlament seçkilərində onun daimi lideri olduğu Hüquq və Ədalət Partiyası qalib gəlib. Bu səbəbdən Polşada bir çox insanlar Yaroslav Kaçinskini “rəis” adlandırırlar.
Gülayə Mecid