Ermənistanda Aparan polis idarəsinin rəisi Aşot Ayrapetyanı vəzifəsindən azad edilib.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisinin rəhbəri Vahe Kazaryan əmr imzalayıb.
Bildirək ki, iyunun 19-u axşam saatlarında Aparanda ölkəni çalxalayan silahlı insident baş verib. Atışma zamanı 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Məlumata görə, hadisənin bir qrup gəncin baş nazir Nikol Paşinyanı söyməsindən sonra baş verdiyi bildirilir.
Gülayə Mecid