Rusiya Ukraynada əsir götürülmüş ABŞ hərbçilərinin edam olunmayacağına zəmanət verə bilməz.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
"Mən buna hökm verə bilmərəm, hər şey istintaqdan asılıdır", - deyə o, bildirib.
Bundan əvvəl Ukraynada döyüşən amerikalı könüllülər 39 yaşlı Aleksandr Druken və 27 yaşlı Endi Hyunun itkin düşdüyü bildirilib.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Ukraynada amerikalıların Rusiya tərəfindən əsir götürülməsi ilə bağlı Birləşmiş Ştatların Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ukraynadakı nümayəndələri ilə əlaqə saxladığını bildirib.
Gülayə Mecid