Milyarder İlon Maskın övladı atasından uzaqlaşmaq üçün şəxsiyyətini tamamilə dəyişir.

"Unikal"
xarici KİV-ə istinadən xəbər verir ki, Maskın əkiz övladlarından biri olan Xavier Alexander Musk aprel ayında 18 yaşına daxil olub.  Ad günündən dərhal sonra Xavier, Vivian kimi yeni şəxsiyyəti vəsiqəsi və adının dəyişdirilməsi üçün məhkəməyə ərizə verib.

Onun məhkəməsi bu cümə gününə təyin edilib. Xavier Alexander Musk, adını Vivian Jenna Wilson olaraq dəyişdirməyi xahiş edib. O, həmçinin Los-Anceles dairəsindəki Kaliforniya Ali Məhkəməsindən onun cinsini qadın kimi tanımasını tələb edib. 

Vivian adının və soyadının dəyişdirilməsinin səbəbini bioloji atası, yəni Maskdan nifrət etməsi kimi göstərib. 

Aynurə Xudaverdiyeva