Belarus Rusiya rublunun süni artımı səbəbindən Rusiyanın qaz ödənişlərini gecikdirir. Çünki qiymət Minsk üçün çox bahadır.
"Unikal" xəbər verir ki, bu barədə "Naşa Niva" yazır.
“Qazprom”la müqaviləyə əsasən, Belarus qazın hər min kubmetri üçün 128 dollardan ödəməli idi ki, bu da çox sərfəli qiymətdir.
"Belarus administrasiyası siyasi məqsədlər üçün uzun müddətdir ki, enerji üçün ödənişlərin rus rublu ilə həyata keçirilməsinə keçməyə çalışır. Müharibədən sonra ödənişlərin rublla aparılması ilə bağlı qərar qəbul edilib. Lakin təkcə Belarus üçün deyil, Moskva Aİ-nin qaz şirkətlərindən də bunu tələb edirdi. Rusiya rublunun dollara, avroya və Belarus rubluna nisbətdə məzənnəsini qaldırdı”, - deyə KİV bildirir.