Cənubi Koreya ilk “Nurikho” daşıyıcı raketini (KSLV-II) uğurla buraxıb.
"Unikal" xəbər verir ki, bu barədə "KBS World" məlumat yayıb.
Qeyd edilir ki, buraxılış yerli vaxtla saat 16:00-da Çolla Namdo əyalətindəki Naro kosmodromundan həyata keçirilib.
Birinci mərhələnin ayrılması planlaşdırıldığı kimi, startdan 127 saniyə sonra 59 km yüksəklikdə baş tutub. İkinci mərhələ 258 kilometr yüksəklikdə startdan 274 saniyə sonra ayrılıb.