Texasda Respublikaçılar Partiyasının tərəfdarları siyasi qüvvənin qurultayının nəticələrinə görə, ştat əhalisini ABŞ-dan ayrılmaq məsələsi ilə bağlı referendum keçirməyə çağırıblar.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Respublikaçıların iyunun ortalarında dərc olunmuş hesabatında deyilir ki, "Texas Birləşmiş Ştatlardan ayrılmaq hüququnu özündə saxlayır və Texas Qanunverici orqanı bu məqsədlə referendum keçirməyə çağırmalıdır".
Qeyd edək ki, Texas ştat kimi 1845-ci ildə vətəndaşların iradəsi nəticəsində ABŞ-ın tərkibinə daxil olub.
Ağarza Elçinoğlu