Rusiya NATO üzvü Litvanı hədələyib.
"Unikal" xəbər verir ki, Rusiya bəzi məhsulların qatarla Kalininqrada daxil olmasına icazə verməyən Litvanın ciddi fəsadlarla üzləşə biləcəyi barədə xəbərdarlıq edib. Daha sonra o, Avropa İttifaqının (Aİ) səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Aİ-nin üzvü olan Litva İttifaqın sanksiyalarına əməl etməli olduğunu bəyan edib. Aİ Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Moskvaya qarşı bir sıra sərt sanksiyalar elan edib.
Kreml bu sanksiyaların “gözlənilməz” və “qanunsuz” olduğunu iddia edib.
Rusiya Xarici İşlər Nazirliyi milli maraqlarını qorumaq üçün bəzi addımlar ata biləcəyini açıqlayıb.
Rusiya ilə quru əlaqəsi olmayan Kalininqrad 1945-ci ildə İkinci Dünya Müharibəsinin sonunda müharibədə uduzan Almaniyadan alınaraq Rusiya ərazisinə çevrilib. Baltik dənizinə açılan və Aİ üzvləri ilə quru qonşusu olan regionun strateji əhəmiyyəti Moskva üçün çox böyükdür.
Gültəkin Ələsgər