"Ukraynadan taxıl ixracı üçün təhlükəsiz dəhlizin yaradılması ilə bağlı Moskva və Ankara arasında təmaslar Müdafiə Nazirliyindən keçəcək, Rusiya prezidenti Vladimir Putin bu görüşdə iştirak etməyi planlaşdırmır"
"Unikal" xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov TASS -a bildirib.
"Yox, bu Müdafiə Nazirliyi vasitəsilədir”, - Kremlin sözçüsü Putinin Türkiyə nümayəndə heyətini qəbul etmək planları ilə bağlı sualı cavablandırarkən belə deyib.
Bu arada TRT ötən həftə Rusiya, Ukrayna və Türkiyənin Ukrayna limanlarından taxıl ixracı məsələsi ilə bağlı müdafiə nazirlikləri vasitəsilə fövqəladə kanal formalaşdırdığını bildirib. TRT-nin məlumatına görə, ölkələr bu kanalın işini həyata keçirmək üçün general rütbəsindəki nümayəndələrini təyin edəcəklər. Onun köməyi ilə taxıl ixracı məsələlərinin daha ətraflı müzakirə olunacağı, nəticədə bu prosesin məntiqi yekunlaşacağı iddia edilir.
Gültəkin Ələsgər