ABŞ-ın baş prokuroru Merrik Qarland müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi üçün birgə səyləri dəstəkləmək üçün Ukraynaya səfər edib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, baş prokuror Qarland Ukraynanın baş prokuroru İrina Venediktova ilə görüşəcək, Ukraynada hərbi cinayətlərdə və digər vəhşiliklərdə iştirak edən şəxslərin müəyyən edilməsi, saxlanılması və mühakimə olunmasında ABŞ və beynəlxalq ictimaiyyətin Ukraynaya dəstək səylərini müzakirə edəcək.
Gülayə Mecid