İyunun 26-da Almaniyada keçiriləcək G7 sammitindən əvvəl Münhendə 8 polis maşını yandırılıb.
"Unikal" xəbər verir ki, Münhen polisinin alman mətbuatına verdiyi açıqlamaya görə, gecə saatlarında çevik qüvvət polisinə aid 8 maşın yandırılıb. Yanğın nəticəsində külli miqdarda ziyan dəyib.
Maşınların G7 Zirvəsinin keçiriləcəyi Elmau qalasına şəxsi heyətin köçürülməsi üçün istifadə edildiyi öyrənilib. Hadisənin baş vermə səbələri araşdırılır.
Gülayə Mecid