Balakən Rayon Polis Şöbəsi əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri keçiriblər.
DİN-in mətbuat xidmətindən "Unikal"-a verilən xəbərə görə, tədbirlər nəticəsində rayonun Kortala kəndi ərazisində yabanı halda bitmiş 4 ton 200 kiloqram çəkidə 6380 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.