Rusiyanın Ukrayna ərazisinə dörd aylıq genişmiqyaslı hərbi müdaxiləsindən sonra, Böyük Britaniya hökuməti iyunun 23-də Rusiya Federasiyasına qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə "European Truth" məlumat yayıb.
Bildirilib ki, sanksiyalar neft emalı və aviasiya sənayesindən mal və texnologiyaların ixracına, həmçinin Rusiya Federasiyasında funt sterlinq və Aİ əskinaslarından istifadəyə aiddir.
Ağarza Elçinoğlu