Hindistanın Assam əyalətində son 24 saatda baş verən daşqınlar nəticəsində azı 12 nəfər ölüb.
"Unikal" "Anadolu Ajansı"na istinadən xəbər verir ki, əyalətdə aprelin 6-dan bəri baş verən daşqınlar nəticəsində həyatını itirənlərin sayı son ölümlərlə 100-ü keçib. Səlahiyyətlilər ölənlər arasında 4 uşağın olduğunu da qeyd edib.
Ştatın təbii fəlakətlərlə mübarizə idarəsi 32 əyalətdə 5 milyondan çox insanın daşqınlardan zərər çəkdiyini bildirib.
Ağarza Elçinoğlu