NATO Qətərə 2022-ci ilin noyabr-dekabr aylarında bu ölkədə keçiriləcək dünya çempionatında təhlükəsizliyi təmin etmək üçün kadrların hazırlanmasında dəstək verəcək.
"Unikal" xəbər verir ki, bu barədə Alyansın saytında mesaj yerləşdirilib.
"Dəstək kimyəvi, bioloji, radioloji və nüvə materiallarının yaratdığı təhlükələrə qarşı təlimi əhatə edir”, - NATO izah edib.
Təlim Slovakiya, eləcə də alyansın Çexiyadakı ixtisaslaşmış mərkəzi tərəfindən həyata keçiriləcək. Belə dərslərin ilk seriyası artıq may ayında Slovakiyada keçirilib. Həmçinin, NATO-nun məlumatına görə, Rumıniya VIP-lərin mühafizəsini təmin etmək və əldəqayırma partlayıcı qurğuların təhlükəsini zərərsizləşdirmək üçün təlimlər keçirəcək.
Gültəkin Ələsgər