İtaliyanın baş naziri Mario Draghi Brüsseldə keçirilən Aİ sammitində yaxın həftələrdə fövqəladə enerji sammitinin çağırılmasını istəyib.
"Unikal" xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi Avropa mənbələrinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, təklif bir neçə ölkə, o cümlədən Fransa tərəfindən dəstəklənib.
Avropa İttifaqının dövlət və hökumət başçıları iyunun 23-də Ukrayna və Moldovaya icmaya üzv olmağa namizəd ölkə statusunun verilməsini təsdiq edəcək iki günlük planlaşdırılmış görüşə toplaşıblar. Bundan əlavə, Aİ nümayəndəsinin bir gün əvvəl Brüsseldə jurnalistlərə verdiyi məlumata görə, liderlər Ukraynaya hərbi yardım, ölkədən taxıl ixracı, həmçinin enerji məsələlərini müzakirə edəcəklər.