"Dövlət büdcəsinə edilən dəyişikliklərdən sonra işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün bu il əlavə olaraq 470 milyon manat ayrılacaq".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurun bərpasına yalnız son 2 ildə dövlət büdcəsindən 4 milyard 870 milyon manat vəsait ayrılıb:
"Azərbaycan heç bir xarici yardım olmadan, yalnız daxili maliyyə mənbələri hesabına işğaldan azad olunan ərazilərimizi qurur və bərpa edir. 2 il ərzində işğaldan azad olunan ərazilərimizin bərpasına büdcədən 5 milyard manata yaxın vəsaitin ayrılması bir daha Azərbaycanın gücünü göstərir. Sürətli bərpa və yenidənqurma, ərazilərimizin minalardan təmizlənməsi bir daha təsdiq edir ki, məcburi köçkülərimiz daha qısa müddətdə öz ata-baba yurdlarına qayıdacaqlar".