"İnter"in futbolçusu Milan Şkrinyar karyerasını Fransada davam etdirəcək.
"Unikal" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, PSJ 27 yaşlı müdafiəçi ilə razılıq əldə edib. Lakin Milan təmsilçisi fransızlardan 80 milyon avro istəyir. Parislilər isə 60 milyon verməyə hazırdır.
Qeyd edək ki, Slovakiya millisinin üzvü 2017-ci ildən "İnter"də çıxış edir.