Ötən gün qəzada xəsarət alan Bələdiyyə sədri xəstəxanada dünyasını dəyişib
"Unikal" xəbər verir ki, dünən Göygöldə baş verən qəzada xəsarət alan sürücü bu gün xəstəxanada ölüb. "Tofaş" markalı avtomobilin dərəyə aşması nəticəsində ölən şəxs 1964-cü il təvəllüdlü Bayramov Asif Hümbət oğludur.
Qeyd edək Asif Bayramov Göygöl rayon Zurnabad kənd bələdiyyəsin sədirdir. Faktla bağlı araşdırma aparılır.