Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.
"Unikal" xəbər verir ki, bununla bağlı nazirliyin “Twitter” hesabında təbrik mesajı paylaşılıb.
“Tək Vətən Hərəkatındakı qəhrəmancasına və fədakarcasına mübarizəsi ilə Qarabağdakı öz torpaqlarını işğaldan azad edərək, gücünü bütün dünyaya göstərən və bizləri də qürurlandıran Azərbaycan Silahlı Qüvvələrinin bu özəl gününü təbrik edir, qardaşlarımızı könüldən salamlayırıq”, - paylaşımda deyilir.